Yaponiyanın Miyazaki prefekturasındakı hava limanında partlayış baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə taksi yolunda baş verib. Partlayış nəticəsində asfalt örtüyünə ziyan dəyib və bu səbəbdən uçuş zolağı bağlanıb, bəzi uçuşlar ləğv edilib.

 Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.