Hindistanın qərbindən Mumbaya gedən helikopter qəzaya uğrayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Mumbaya gedən “Heritage Aviation şirkətinin VT-EVV Agusta 109” markalı şəxsi helikopter qəzaya uğrayıb.
Qəza nəticəsində təyyarədə olan iki pilot və bir texniki işçinin öldüyü bildirilib. Qəzanın hanslı səbəbdən baş verdiyi araşdırılır.
İlkin səbəbinin qatı duman olduğu ehtimal edilir.
Qeyd edək ki, “Heritage Aviation” şirkəti Hindistanda dağlarda və digər attraksionlarda gəzinti uçuşları həyata keçirir.
Zərifə Nağıyeva