Model Çoi Sun Hva Cənubi Koreyada keçirilən “Kainat gözəli” müsabiqəsinin milli mərhələsinin finalına çıxıb. Bununla belə, tac başqa iştirakçıya verilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, beləliklə, 81 yaşlı koreyalı qadın beynəlxalq səhnədə iştirak edə bilməyəcək.

Münsiflər heyətinin nəticələrinə əsasən, Mexikoda keçiriləcək beynəlxalq “Miss Universe” müsabiqəsində Cənubi Koreyanı 22 yaşlı Han Ariel təmsil edəcək.

Çoi Sun Hva “Ən yaxşı şəkillər” kateqoriyasında mükafata layiq görülüb.