İl ərzində Azərbaycan və Özbəkistan arasında tranzit daşımaların həcmi artıb.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Özbəkistanın Müstəqillik Gününü qeyd edərkən deyib.
“Biz nəqliyyat və tranzit sahəsində əlaqələrimizə böyük əhəmiyyət veririk, yük axınının artırılması ilə bağlı əldə olunan razılaşmalar bizim üçün bir yol xəritəsidir və biz bu istiqamətdə birgə səylər göstəririk.
2024-cü ilin yarısında Azərbaycan və Özbəkistan arasında tranzit daşımaların həcmi 624 min ton təşkil edib ki, bu da ötən illə müqayisədə 37% çoxdur”.
Şahin Mustafayev vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmiryolunun ötürücülük qabiliyyətinin 1 milyon tondan 5 milyon tona, Ələt beynəlxalq ticarət limanının illik ötürücülüyünün 15 milyon tondan 25 milyon tona çatdırılması iki ölkə arasında tranzit daşımaların imkanlarının və həcmlərinin artırılmasına xidmət edir.