İsrailin 2023-cü ilin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlar nəticəsində Qəzzada 902 ailənin bütün üzvlərini öldürüb.
"Unikal" xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisi açıqlama yayıb. Məlumatda ABŞ, İngiltərə, Fransa və Almaniyanın dəstəyi ilə Qəzzada həyata keçirilən hücumlarda İsrailin beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə etdiyi qeyd edilib.
İsrail ordusunun Qəzza zolağında bir ildir həyata keçirdiyi hücum zamanı bütün üzvlərini qətlə yetirərək məhv etdiyi 902 fələstinli ailənin əhali qeydlərindən silindiyi vurğulanıb.
Bildirilib ki, İsrailin Fələstin xalqına qarşı törətdiyi bütün qətllər və soyqırımlar ən sərt şəkildə pislənilir və bütün dünyadan sərt qınaqlar gözlənilir.
Bəyanatda həmçinin İsrailin beynəlxalq arenada mühakimə olunması və törətdiyi cinayətlərə görə mühakimə olunması tələb edilib və beynəlxalq ictimaiyyətə və BMT qurumlarına “soyqırım hücumlarını dayandırmaq üçün ABŞ və İsrailə təzyiq etmək” çağırışı təkrarlanıb.
Gülayə Mecid