“ADA” Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) birgə təşəbbüsü ilə “Ali təhsil müəssisələrində keyfiyyət təminatı”na həsr olunan tədbir baş tutub. Simpoziumda Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Keyfiyyət təminatı şöbəsinin baş mütəxəssisi Firuzə Raşova və İctimai fənlər kafedrasının müəllimi-universitetin Keyfiyyət təminatı komissiyasının üzvü Fatimə Süleymanova iştirak ediblər.
"Unikal" xəbər verir ki, “ADA” Universitetində təşkil olunan simpozium keyfiyyət təminatı ilə əlaqəli bir sıra mövzuları əhatə edib. Bununla yanaşı, simpoziumda əsas müzakirə obyektlərindən biri- institusional akkreditasiya zamanı keyfiyyət təminatı sisteminin əhəmiyyəti məsələsi diqqətdə saxlanılıb.Simpoziumda Azərbaycanın bir sıra universitetlərindən nümayəndələr, həmçinin beynəlxalq səviyyəli mütəxəssislər iştirak ediblər.
Universitetlərarası fikir mübadiləsi çərçivəsində davam edən tədbirdə müvafiq qurumların keyfiyyət təminatı sistemində gözlənilən çətinliklər əsas müzakirə predmeti sayılıb. Simpozium iştirakçıları sertifikatlarla mükafatlandırılıb.