“Kontakt” mağazalar şəbəkəsi Aygün Kazımovanın çıxış edəcəyi böyük “Şeş-Qoşa” finalını həm yeni səviyyəyə, həm də yeni məkana daşıdı!  

"Unikal" xəbər verir ki, bu dəfə hər zamankından daha möhtəşəm olacaq final tədbiri şəhərin tam mərkəzində - hər kəsin gələ biləcəyi Bakı Bulvarında keçiriləcək! 

Daha dəqiq desək, final oktyabrın 6-sı, saat 15:00-da Kukla Teatrının arxasında yerləşən Bulvar səhnəsində baş tutacaq! Ən yeni “Toyota Corolla Cross” avtomobilinin və dəniz mənzərəli “Sea Breeze” mənzilinin sahibi və ya sahibləri məhz həmin gün bəlli olacaq. 

Bu möhtəşəm gecəyə damğa vuracaq əsas məqamlardan biri isə ölkənin əsas ulduzu Aygün Kazımovanın canlı çıxışı olacaq. Pop-diva öz səhnə performansları ilə hər zaman tamaşaçıları valeh etməyi bacarıb. Bu dəfə isə xüsusi olaraq hazırlanmış səhnə şousu, hit mahnıları və enerjili çıxışı ilə o, gecənin ulduzu olacaq.

Bu final hər kəsi həm böyük mükafatlarla, həm də unudulmaz musiqi ilə sevindirəcək! Odur ki, oktyabrın 6-sı günündə Aygün Kazımovanın da dediyi kimi “bu gecə olanlar olacaq”!

Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.