ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Rusiyanın uğurlu işə götürmə kampaniyasından sonra Çin, İran və Şimali Koreyada potensial casusları işə cəlb etməyə başlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, xüsusilə, CIA vətəndaşların agentliklə "təhlükəsiz" əlaqə saxlaması üçün bu ölkələrin dillərində təlimatlar dərc edib.
Agentlik, insanları ictimai və ya qaranlıq saytlar vasitəsilə CIA ilə əlaqə saxlamağa təşviq etmək üçün müxtəlif sosial media saytlarında təlimatlar yerləşdirib.
“Biz əmin olmaq istəyirik ki, digər avtoritar rejimlərdəki insanlar bizim əməkdaşlığa açıq olduğumuzu bilsinlər”, - CIA sözçüsü bildirib.
Məlumata görə, Çin, Rusiya Federasiyası, Şimali Koreya və İran “sərt hədəflər”dir, çünki bu ölkələrin hökumətləri digər dövlətlərin müdaxiləsinin qarşısını almağa çalışırlar ki, mühüm məlumatlar və ya digər kəşfiyyat məlumatlarına daxil olmasınlar.
CIA öz videolarında məlumat verənlərin ABŞ kəşfiyyat rəsmiləri ilə özlərini təhlükəyə atmadan necə əlaqə saxlaya biləcəyinə dair təlimatlar verib. Departament həmçinin bütün potensial məlumat verənləri şəxsi veb-brauzerlərdən istifadə etməyə və tarixlərini silməyə çağırıb ki, onların iştirakı ilə bağlı heç bir dəlil olmasın.
"İnsanlar dünyanın hər yerindən bizimlə əlaqə saxlamağa çalışırlar və biz onlara bunu necə təhlükəsiz etmək barədə təlimatlar təklif edirik", - agentliyin açıqlamasında deyilir.
Gülayə Mecid