Həm prezident, həm də parlament seçkiləri bizi qane etdi.
"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında sədr Məzahir Pənahov deyib.
O qeyd edib ki, qurumun təsdiq etdiyi seçkilərlə bağlı maarifləndirmə işləri çox əhatəli idi:
"Bütün beynəlxalq qurumlar təcrübə mübadiləsi aparmağa müsbət yanaşdılar. MSK prosesləri lazımi səviyyədə yerinə yetirə bildi. Komissiya üzvlərinə təşəkkür edərək, növbəti tədbirlərə hazırlaşmağı tövsiyə edirəm".