Belçikanın VTM telekanalının çəkiliş qrupu Beyrutun mərkəzində reportajla məşğul olarkən hücuma məruz qalıb.
"Unikal" xəbər verir ki, bu barədə Belçikanın "Belqa" agentliyi məlumat yayıb.
Bildirilir ki, müxbir Robin Ramakers və operator Stein De Smet oktyabrın 2-də axşam Livanın paytaxtında baş vermiş partlayışla bağlı reportajı lentə alırdılar, bu zaman “onlara qeyri-müəyyən şəraitdə hücum edilib”. Operator şəhərdəki xəstəxanadadır, ayağından aldığı yaradan müalicə olunur. Müxbir də üzündən xəsarət aldığı üçün başqa tibb müəssisəsində müşahidə altındadır.