İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.

"Unikal" xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Ötən ayın ən yaxşısı "Napoli"nin baş məşqçisi Antonio Konte olub.
55 yaşlı mütəxəssisin komandası İtaliya çempionatında 6 oyuna çıxaraq 4 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət əldə edib. Hazırda "Napoli" 13 xalla turnir cədvəlinə liderlik edir.

Qeyd edək ki, Antonio Konte bu ilin yayında Neapol təmsilçisinin baş məşqçisi təyin olunub.