Avropa İttifaqının xarici siyasi xidmətinin rəsmi nümayəndəsi Piter Stano Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun bəyanatına cavab verib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Stano qeyd edib ki, Rusiya Federal Təhlükəsizlik Xidməti rəhbərinin şərhləri cəfəngiyyatdır: "Bu şərhlər tamamilə cəfəngiyyatdır, Ermənistana verdiyi vədləri və onun qarşısında öhdəliklərini dəfələrlə yerinə yetirmədiyini ört-basdır etməyə çalışan Rusiya rejiminə xas olan yalan və manipulyasiyadır".
Xatırladaq ki, Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov Qərbin silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Ermənistanı KTMT-dən çıxarmağa çalışdığını deyib.
Ağarza Elçinoğlu