Şəkidə intihar hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Şəki rayonunun Aşagı Göynük kəndində qeydə alınıb. Həmin kənd sakini 1963-cü il təvəllüdlü Əhmədov Beybalanın ağacdan asılı vəziyyətdə meyiti yaşadığı evin həyətində aşkar edilib.
B.Əhmədovin hansı səbəbdən intihar etdiyi məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.
Seymur Əli