Ordumuz milli qürura çevrilir
Ordumuz milli qürura çevrilir

Regionun ən güclü ordusu kimi göstərilən Azərbaycan silahlı qüvvələri artıq Ermənistan ordusunu da bir neçə dəfə üstələyib

Azərbacan ordus arandığı gündən həm sağdan (daxildən ciddi ekspertlər, müxalifət və narazı naşılar tərəfindən), həm də soldan (xarici bədxahlarımız tərəfindən) həmişə ciddi şəkildə tənqid edilib. Amma fikrmizcə, bütün hallarda bu tənqidlər ümumi işimizin xeyrinə işləyib6 ordumuz gündən-günə qüvvətlənərək hazırda Cənubi Qafqaz bölgəsinin ən güclü silahlı qüvvətlərindən birinə çevrilib.

Söz yox, orduda çox ciddi qüsurlar var və bu qüsurlar müəyyən mənada təbiidir. Elə biz də vaxtilə bu barədə çox yazmışıq.
Ancaq bizə elə gəlir ki, dövlətin müqəddəs sütunlarından biri hesab edilən ordu barədə yazanda və yaxud danışanda niyyət təmiz olmalıdır. Ordu barədə yazılan yazıların, söylənən fikirlərin əksəriyyətində məhz bu çatışmır - Saf Niyyət...
Xüsusən də müxalifət mənsubları tərəfindən...
İyunun 26-da paytaxtın Azadlıq Meydanında dövlət başçısı Prezident İlham Əliyevin qəbul etdiyi hərbi parad həm daxildə, həm də xaricdə çoxlarına sözün həqiqi mənasında şoka saldı.
Xüsusən də Ermənistanı...
Sözügedən paraddan cəmi on dəqiqə sonra Ermənistanın müdafiə naziri Ohanyan (Bu əliqanlı cəlladın adı Azərbaycan cəmiyyətinə yaxşı məlumdur: Xocalı soyqırımının əsa təşkilatçılarından və icraçılarından biri məhz bu hərbi cinayətkardır!) dərhal jurnalistləri toplayaraq Ermənistan cəmiyyətini sakitləşdirmək məqsədilə bəyanat verdi. Ardınca onların Moskvadakı havadarları dilə gəlib dərhal İrəvana uçdular. Ermənistanı sakitləşdirmək üçün...
Necə deyərlər, reallıq göz qabağındadır...
Son illərdə Azərbaycan ordusunun güclənməsi göz önündədir. Ölkədə hərb sahəsində irəliləyişlərin surətlə getməsi də ordumuzun Cənubi Qafqazda ən güclüsünə çevrilməsinə səbəb olub.
Regionun ən güclü ordusu kimi göstərilən Azərbaycan silahlı qüvvələri artıq Ermənistan ordusunu da bir neçə dəfə üstələyib. Artıq biz hərbi paradlarda ən yeni texnikaları görür və bu texnikaların Azərbaycan hərbi qulluqçuları tərəfindən peşəkarcasına idarə olunmasına şahidlik edirik. Azərbaycan özünün etibarlı müdafiəsi üçün artıq bütün müasir hərbi texnikalara və peşəkar hərbi kadrlara da malikdir.
Sevindirici haldır ki, hərbi sənayemiz də gündən-günə inkişaf edir. Bir neçə gün öncə Türkiyədə təşkil olunan sərgidə Azərbaycan özünün istehsal etdiyi bir neçə hərbi avadanlıq və sursatla təmsil olundu. Burada təmsil olunan digər ölkələrin nümayəndələrinin diqqətini isə yenicə istehsal olunmuş"Gürzə" kəşfiyyat maşını daha çox çəkdi.
Azərbaycanda 20-dən çox hərbi müəssisə və hərbi zavod fəaliyyət göstərir, 30-dan çox istehsal sahəsi yaradılıb. Ölkəmizdə ən müasir texnikaların istehsalı ordunun texniki təminatının da daim dövlət rəhbərliyinin ciddi nəzarətində olmasını göstərir. Söhbət yalnız sadəcə təminatdan deyil, həm də ən müasir təminatdan gedir və bu məsələdə Azərbaycanın heç bir problemi yoxdur.
Bu gün Azərbaycan ordusu ilə Ermənistan ordusunu qətiyyən müqayisə etmək mümkün deyil. Artıq Ermənistan generalitetinin özü də ölkəsinin ordusunun Azərbaycan ordusundan qat-qat geri qaldığını dəfələrlə etiraf edibdir və bundan ciddi narahatlıq hissi keçirir. Bir sözlə, bu gün ordu məsələsi Azərbaycanın, həqiqətən də, çox ciddi dövlətçilik məsələsidir və müvafiq istiqamətdə Azərbaycan bundan sonra da önəmli addımlar atacaq.
Rusiya mətbuatında dəfələrlə Ermənistan ordusunda ermənilərin xidmət etməmək istəyi haqda yazılar dərc olunub. Rus hərbi ekspertləri hesab edirlər ki, bu ölkədə yaşayan əhalinin durumunun çox aşağı səviyyədə olması ilə yanaşı onların orduda təmsil olunmamaq kimi istəklərinin də artmasıdır. Rusiyalı ekspertlər deyilənləri gürcü və Azərbaycan ordusuna şamil etmirlər. Onlar Azərbaycan ordusunun silahlanmasının yüksək səviyyədə olmasını qeyd edərək dedovşina hallarının da nadir hallarda baş verməsini xüsusi bəyan edirlər.
Beləliklə, ordumuzun Qarabağ dağları üzrərində zəfər atəşinin səslənəcəyi gün uzaqda deyil...
Amin!!!
Elvin