"Telegram" messencerində Yaxın Şərqdə baş verən hadisələrə görə görünməmiş yüklənmələr yaşanır və tətbiqdəki son fasilələrin səbəbi budur.
"Unikal" xəbər verir ki, Bu barədə platforma komandası məlumat verib və qeyd edib ki, istifadəçilər müvəqqəti problemlərlə üzləşiblər. Ancaq indi onların hamısı həll olunub.
"Texniki komandamızın səyləri sayəsində "Telegram" əksər ölkələrdə əlçatan olub və bütün problemlər artıq tam həll edilib. Yaranmış hər hansı narahatlığa görə üzr istəyirik", - məlumatda deyilir.