Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov vitse-spiker kimi ilk səfərini Gürcüstana edib.
"Unikal" xəbər verir ki, o həmkarları ilə birlikdə Gürcüstanın Saqareco rayonunun Yor Muğanlı (Qaraçöp) kəndində Azərbaycanın maliyyə vəsaiti hesabına (SOCAR) yeni inşa olunan uşaq bağçasının istifadəyə verilməsində iştirak edib.
Həmçinin, Baş nazirin dəvəti ilə Tbilisidən Saqarecoya qədər olan 4 zolaqlı Kaxeti şossesinin 85 kilometrlik hissəsinin 35 kilometrlik magistral yolunun açılışında iştirak ediblər.