Bosniya və Herseqovina çempionatnın bütün oyunları təxirə salınıb.
"Uniakl" xəbər verir ki, bu barədə Futbol Federasiyası məlumat yayıb. Belə qərar verilməsinə səbəb ölkədəki sel daşqınlarıdır.
Görüşlərin yeni tarixləri sonra elan ediləcək.
Qeyd edək ki, Bosniya və Herseqovinanın cənubunda daşqınlar nəticəsində 14 nəfər ölüb.