İş adamı, müğənni Emin Ağalarov jurnalist Kseniya Sobçaka müsahibəsində "Telegram"ın yaradıcısı Pavel Durovun Bakıya səfərindən danışıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, Durovun Azərbaycana tanışlıq məqsədi ilə gəldiyini, Bakıda olduğunu, Qarabağı və ölkənin digər bölgələrini gəzdiyini qeyd edib.
Ağalarovun sözlərinə görə, o, “Sea Breeze”də olarkən Durovla görüşüb.
Xatırladaq ki, Durov Bakıdan Parisə getdikdən dərhal sonra Fransada saxlanılıb. Daha sonra yüksək məbləğ qarşılığında zaminə buraxılıb.
Ağarza Elçinoğlu