Yunanıstanın Larissa şəhərində yaşayan gənc futbolçu Kristos Kermelidis yol qəzasında avtomobilində yanaraq dünyasını dəyişib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sükanın idarəetməsini itirən Kermelidis yol kənarındakı baryerlərə, sonra isə işıq dirəyinə çırpılıb. Zərbədən yanmağa başlayan avtomobilindən düşə bilməyən futbolçu faciəvi şəkildə dünyasını dəyişib.

Qeyd edək ki,  27 yaşlı Kristos Kermelidis Larissa şəhərindəki “Axilleas Farsalos” klubunun peşəkar futbolçusu imiş. 

Gülayə Mecid