Həmasın 7 oktyabr hücumunun ildönümü ilə əlaqədar İsrailin Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə İsrail səfiri Corc Dik "X" platformasındakı paylaşımında bildirib.
O, qeyd edib ki, anım günü ilə əlaqədar səfirlik binasında İsrail bayrağı yarıya endirilib.
“Bu gün biz Bakıdakı səfirlikdə bayrağımızı yarıya endirdik və 7 oktyabr qırğını qurbanlarını emosional xatirə mərasimi ilə yad etdik. Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri, səfirlər və yəhudi icmasının liderləri bizə qoşuldular”, - səfir qeyd edib.