İspaniyanın “Las Palmas” komandası baş məşqçi Luis Karrion ilə yollarını ayırıb.
"Unikal" xəbər verir ki, buna komandanın La Liqada göstərdiyi uğursuz çıxış səbəb olub. 46 yaşlı mütəxəssisin 2026-cı ilin yayında başa çatacaq müqaviləsinə vaxtından əvvəl xitam verilib.
“Las Palmas” Luis Karrionun rəhbərliyi altında bu mövsüm 9 turdan sonra topladığı 3 xalla sonuncu – 20-ci yerdə qərarlaşıb.