Abşeron rayonunda bədbəxt hadisə baş verib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə ötən gün Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, qadın binadan yerə yıxılıb. Yolda hərəkətdə olan avtomobil isə qadının üzərindən keçib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, 07.10.2024-cü il tarixində saat 19:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xırdalan ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım heyəti tərəfindən xəsarət alan 50 yaşlı (qadın cinsli) şəxs müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Xəsarət alan şəxsin üzərində cərrahi əməliyyatlar icra edilib, Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

Murad İbrahimli