Naxçıvan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Əkrəm Hüseynzadə vəfat edib.

"Unikal" xəbər verir ki, Ə.Hüseynzadə uzun müddət ağır xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək, Əkrəm Hüseyzadə 1983-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universtetini tarix-filologiya ixtisası üzrə bitirmişdi. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri və filologiya üzrə fəlsəfə doktoru idi.