Güclü külək Mingəçevirdə fəsadlara törədib.

"Unikal"ın məlumatına görə, təbiət hadisəsi zamanı şəhərin Heydər Əliyev prospektində, "Sahil", "Qurucular", "Fizuli" parklarında, 16 saylı məktəbin yaxınlığında, bağlar yaşayış massivində və digər ərazilərdə ağaclar aşaraq yollara, parklara, kafe və çayxana obyektlərinin üzərinə düşüb.

Aidiyyati qurumlar çevik qaydada müdaxilə edərək fəsadları aradan qaldırıblar.

Ehtiram Muradov