Türkiyə Böyük Millət Məclisi İsrailə görə toplanıb.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, iclas qapalı keçirildiyi üçün Türkiyə Böyük Millət Məclisində mətbuat büroları boşaldılıb, qapılar kilidlənib.
Qapalı iclasdan əvvəl açılış nitqi ilə çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, “Türkiyə Böyük Millət Məclisi olaraq İsrailin bölgədəki genişlənmə siyasətinə qarşı birlik və həmrəylik içində möhkəm addımlar atmalıyıq. Biz onu milli təhlükəsizlik problemi kimi görürük”,- deyib,
Xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər bölgədə baş verən son hadisələrlə bağlı millət vəkillərinə məlumat veriblər. Qapalı iclas protokolları və xülasələr 10 ildən sonra dərc olunacaq.
İclasın keçiriləcəyi zalın kilidlənməsi isə diqqət çəkib.
Gülayə Mecid