Mingəçevirdə avtobus minik avtomobili ilə toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektinin köçkün şəhərciyi yaxınlığından keçən hissəsində qeydə alınıb. Belə ki, yol idarəsinə məxsus "Daevoo" markalı fəhlə daşıyan avtobus "Vaz 2104" markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən "Vaz" yol kənarındakı səkiyə qalxıb. Əldə edilən məlumata görə, hadisə zamanı yaralanan olmasa da, nəqliyyat vasitələrinə zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov