Cahangir Əsgərovla Tağı Əhmədov qarşısında yeni tələb
20:28 02-07-2013
İQTİSADİYYAT
Cahangir Əsgərovla Tağı
Əhmədov qarşısında yeni tələb
Qeyri-şəffaflığı ilə məşhur olan dövlət inhisarçılarının nizamnaməsinə düzəlişlərin pərdəarxası
Azərbaycanın bir neçə inhisarçı dövlət qurumuna bəd xəbər var. Həmin dövlət inhisarçıları arasında Cahangir Əsgərovun rəhbərlik etdiyi "Azərbaycan Hava Yolları" QSC ("AZAL") ilə yanaşı, Metropoliten İdarəsini də göstərmək olar.
Məsələ burasındadır ki, Nazirlər Kabineti dövlət inhisarçılarının nizamnaməsinə düzəlişlər edib. Düzəlişlər maliyyə hesabatlılığının açıqlanması ilə bağlıdır.
Düzəlişlər Azərbaycan Hava Yolları" QSC, "Azəryolservis" ASC, "Azərsu", "Azəristiliktəchizat", Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və Bakı Metropoliten İdarəsinin nizamnaməsinə edilib. Əgər əvvəllər bu strukturların nizamnaməsində illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birgə mətbuatda dərc edilməsi öhdəliyi göstərilirdisə, yeni redaksiyada "qanunla müəyyən edilmiş qaydada" norması müəyyən edilib.
"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, təbii inhisar subyektləri illik maliyyə hesabatlarını mətbuatda dərc edib korporativ saytda yerləşdirməli və Maliyyə Nazirliyinə təqdim etməlidir. Bu dövlət strukturlarından "Azəristiliktəchizat" ASC maliyyə şəffaflığı cəhətdən daha çox qanuna əməl edəndir. O, 2011-ci ilin maliyyə hesabatını dərc edib və saytında yerləşdirib. "Azərsu" ASC-nin saytında sonuncu maliyyə hesabatı 2010-cu ilə aiddir. Qalan dövlət strukturları şəffaf deyil.
Bu sırada "AZAL"la Bakı Metropoliteninin adı ön plana çıxır. Belədə düşünmək olar ki, hökumət Cahangir Əsgərovla Tağı Əhmədovdan öz fəaliyyətləri ilə bağlı daha çox şəffaflıq tələb edir. Bu tələbin necə yerinə yetiriləcəyini demək isə çətindir.
Çünki indiyədək bu istiqamətdə KİV-lərin davamlı tənqid və iradları nəticəsiz qalıb. Digər tərəfdən, iri məmurların Azərbaycan reallığında qanunvericiliyin tələblərinə münasibəti bəllidir. Bu təcrübədən çıxış etsək, "AZAL", Bakı Metropoliteni və digərlərinin öz fəaliyyətlərində şəffaflıq səviyyəsini yüksəldəcəklərinə inanmaq xeyli mümkünsüz görünür.
Azər Aslan
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17