Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) dünyanın nüfuzlu reytinq agentliyi olan “Times Higher Education World University Rankings 2025”-ə daxil olub.

"Unikal" xəbər ki, ADNSU 2025-ci il üzrə “Times Higher Education” dünya universitetləri reytinqində 1501+ yerdə qərarlaşıb.

Son nəticələrə əsasən, ADNSU milli səviyyədə yüksək reytinq əldə edib (=1/2), həmçinin "Tədris" və "Beynəlxalq perspektiv" kateqoriyaları üzrə güclü nəticələr göstərib. Universitet tədris pilləsindəki göstəricisi üzrə 1399, beynəlxalq perspektiv kateqoriyası üzrə isə 1505-ci yeri tutub. Bu reytinq, ADNSU-nun qlobal akademik mövqeyini gücləndirmək istiqamətində davam edən səylərinin nəticəsidir.

Qeyd edək ki, “THE World University Rankings 2025”-in nəticələri oktyabrın 9-da Birləşmiş Krallıqda keçirilən “Dünya Akademik Sammiti” çərçivəsində açıqlanıb. 

Times Higher Education World University Rankings 2025”-də iki Azərbaycan universiteti yer alıb. Reytinq siyahısında yer alan digər ali məktəb Bakı Dövlət Universitetidir.