Neftçala Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib.

"Unikal" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən 1968-ci il təvəllüdlü Abbasova Zəminə Adil qızı Neftçala Rayon Mərkəzi Xəstəxanasına direktor müavini-baş həkim vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Z.Abbasova bu təyinata kimi xəstəxanada Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri vəzifəsində işləyib.