Yunanıstan millisinin və "Panatinaikos"un müdafiəçisi Corc Baldok 31 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Yunanıstanın "Sport24" nəşri məlumat yayıb.
Bildirilir ki, futbolçu evinin yaxınlığındakı hovuzda ölü tapılıb. Ölümün dəqiq səbəbi məlum deyil.
2024/25 mövsümündə Baldok Yunanıstanın "Panatinaikos" klubuna keçib və klubda üç oyun keçirməyi bacarıb. Futbolçu karyerasına İngiltərənin "Milton Keynes Dons" klubunda başlayıb. 2009-2017-ci illər arasında 104 oyun keçirib və iki qol vurub. Baldokun 2017-2024-cü illərdə çıxış etdiyi "Şeffild Yunayted"də 205 oyuna çıxıb və altı dəfə qol vurub.
Gülayə Mecid