Açıq havada olmaq uşaqlarda piylənmə riskini 15 % azaldır.
"Unikal" xəbər verir ki, bu barədə araşdırmanı Yaponiyanın Okayama Universitetinin alimləri aparıblar.
Aparılan tədqiqatlar nəticəsində açıq havada gəzməyin kiçik yaşlı uşaqları piylənmədən qoruya biləcəyi müəyyən edilib.
Mütəxəssislər tədqiqat zamanı 2001-ci ilin yanvar və iyul aylarında doğulan uşaqların məlumatlarını təhlil ediblər. Tədqiqatda 53,575 nəfər iştirak edib. Onlardan 42 812-si 2,5 yaşına qədər müntəzəm olaraq açıq havada oynayıb.
Sonrakı araşdırmalarda alimlər yeddi yaşında olan uşaqlardan götürülən nümunədən 31 743 uşağın boyu və çəkisi haqqında məlumat əldə ediblər. Məlum olub ki, tədqiqat iştirakçılarının yalnız 10%-də artıq çəki var və piylənmə əlamətləri var.
Açıq havada oynamayan uşaqlarla müqayisədə, açıq havanı sevən həmyaşıdlarının artıq çəki və ya obez olma ehtimalının 15% az olduğu müəyyən edilib.
Zərifə Nağıyeva