Aşıq Telli Borçalı sosial şəbəkələrdə adından istifadə edərək dələduzluq edildiyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə aşıq "7 tamam" verilişində qonaq olarkən deyib. O, adına açılan saxta sosial media hesabı ilə insanlardan toyları üçün beh alındığını söyləyib:

"Mənim nə instaqramım, nə feysbukum var. Heç bir sosial şəbəkədə yoxam. Dostlarımın israrı ilə ancaq vatsap açmışam. Amma görürəm ki, adımdan səhifələr açılır. Bununla bağlı işlər görülür. Bir dəfə başıma belə bir iş gəlib. Mənim prodüserim olduğunu deyib və toyun behini həmin adamdan alıb. Deyir indi, o adamın nömrəsi filan yoxdur, bağlayıb. Mənə tarix deyir, cavab verirəm ki, həmin gün başqa toydayam. Belə şeylər var, insanları aldadırlar. Bilsinlər ki, mənim heç bir sosial media hesabım yoxdur".