BRİKS-in Kazanda keçirilən sammitinə MDB ölkələrinin liderləri dəvət olunub və onların hamısı iştirak edəcəklərini təsdiqləyiblər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə açıqlayıb.
"Biz həmçinin Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiyada nüfuzlu regional inteqrasiya birliklərinə sədrlik edən dövlətləri də dəvət etmişik", - o əlavə edib.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putin Kremldəki görüşdə Azərbaycan Prezidenti İlham Əliyevi şəxsən BRİKS-ə dəvət etmişdi.
BRİKS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək. Tədbirdə ən azı 26 dövlətin başçıları da daxil olmaqla ümumilikdə 33 beynəlxalq nümayəndə heyətinin iştirakı gözlənilir.
Ağarza Elçinoğlu