ATƏT-ə inamsızlığa son qoyulacaq
20:30 02-07-2013
İQTİSADİYYAT
ATƏT-ə inamsızlığa son qoyulacaq
Yeni təklif həyata keçə bilər
Son zamanlar ATƏT-in Minsk qrupunun fəaliyyətindən ciddi narazılıqlar yaranıb. Demək olar ki, illərdi ki, Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar aparan bu beynəlxalq qurum heç bir nəticə əldə edə bilmir. Əksinə danışıqlar günbə-gün daha da tükənir. Hazırda belə rəy var ki, ATƏT-in Minsk qrupunun əsas məqsədi problemi həll etmək yox, sadəcə atəşkəsi qoruyub saxlamaqdır.
Ekspertlər hesab edir ki, belə olmasaydı dəfələrlə problemin həllinə yaxınlaşan zaman Ermənistanın danışıq prosesini pozmasına sərt reaksiya verərdilər. Amma bu günə qədər ATƏT-in Minsk qrupunun həmsədrləri hətta Ermənistanı işğalçı ölkə olaraq tanımaq belə istəmirlər. Ekspertlər hesab edir ki, məhz bu səbəbə görə artıq ATƏT-in Minsk qrupuna inam qalmayıb və hazırda bir sıra yeni təkliflər səsləndirilir. Bunu da qeyd edək ki, ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 22-ci toplantısında Azərbaycan nümayəndə heyəti Qarabağ münaqişəsinin həll olunması üçün ciddi və əhəmiyyətli təklif irəli sürüb. Belə ki, Qarabağ konfliktinin çözülməsi üçün vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu istiqamətdəki passivliyini əsas gətirərək təşkilatdakı üzv dövlətlərin tam tərkibdə çağırılması tələb edilib. Bu cür təklif münaqişənin nizamlanması yönündə yeni bir addım ola bilərmi?
Keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə bildirib ki, Azərbaycan torpaqlarını Rusiya işğal edib. Bu baxımdan məsələnin açıqlığını deyən analitik qeyd edib ki, vaxtilə tam tərkibdə danışıqlarda şəxsən özü iştirak edib.
"Həmin müzakirələr heç bir nəticə vermədi. Sonra dedilər ki, böyük tərkib olanda ortaqlıqda heç bir nəticə olmayacaq. Təklif etdilər ki, kiçik formatda işi davam etdirsinlər. Sonra üç həmsədr ölkə danışıqlarda iştirak etdi. Bundan da bir nəticə hasil olmadı" deyən keçmiş dövlət müşavirinin fikrincə Azərbaycan ərazilərinin nüvə dövləti olaraq işğalına dəstək verən Rusiya məsələnin həllini istəmir. "Ona görə ATƏT istəyir düz və ya əyri otursun, Rusiyanın proseslərdə iştirakı məsələsi həll olunmayana qədər bu təşkilat heç bir şey edə bilməyəcək".
Politoloqun fikrincə, tam tərkibdə çağırılmasının perspektivi olsa da, yenə də Rusiya faktoru ciddi əngəllər yaradır.
"Tarixə nəzər yetirsəniz görərsiniz ki, bütün imperiyalar çökür. Rusiya da çökməkdə olan imperiyadır. Ancaq bu imperiyanın süqutu böyük faciələrlə nəticələnəcək. Amma burada bizim payımıza nə düşəcək onu demək çətindir. Rusiya dağılacaq, Dağıstan müstəqil olacaq. Qafqaz xalqları da müstəqillik qazanacaq. Bundan sonra isə etnik müharibələr başlaya bilər. Bu, gələcək tarixdir".
Artıq belə bir fikirdə səsləndirilir ki, ümumiyyətlə Dağlıq Qarabağ probleminin həllinə ATƏT yox, BMT müdaxilə etməlidir və BMT-in problemlə bağlı bir neçə qətnaməsi də var. Amma nədənsə Avropa Şurası, Avropa İttifaqı kimi qurumlar problemin BMT səviyyəsində müzakirəsinə imkan tanımırlar. Və iddia edirlər ki, problemin BMT səviyyəsinə çıxarılması danışıqlar prosesinə ciddi təsir edə bilər.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53