19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 14-dən 17-dək Bakıda, 18-dən 24-dək Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışı keçəcək.
"Unikal" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
U-19 hazırlıq zamanı oktyabrın 20-də və 23-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.