Braziliyanın Seara əyalətinin 54 yaşlı sakini iki qızını, ən kiçiyi üç yaşında olan beş nəvəsini, həyat yoldaşını və qayınanasını 20 il bağlı evdə saxlayıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, o, uşaqlarını küçəyə buraxmayıb və mütəmadi olaraq onlara cinsi zorakılıq göstərib.
Qızlardan biri həmin şəxsin içkisinə yuxu dərmanı atmağı bacardıqdan sonra qaçmağı bacarıb. Qadın polisə müraciət edib. Həmin şəxs saxlanılıb və yaxın vaxtlarda ona qarşı cinayət işi açılacaq.