Mingəçevirdə 48 yaşlı kişinin qoluna armatur girib.
"Unikal"ın məlumatına görə, hadisə Babək küçəsində baş verib. Dəmir parçası naməlum şəraitdə 1976-cı il təvəllüdlü şəhər sakini Əliyev Ramil Elman oğlunun sağ qol nayihəsinə girərək ona ciddi xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov