Xorvatiya Avropa Ittifaqına qoşuldu
Xorvatiya Avropa Ittifaqına qoşuldu

Zaqrebdə bununla bağlı kütləvi bayram tədbirləri keçirilir

Xorvatiya Avropa İttisaqının 28-ci üzvü oldu. Paytaxt Zaqrebdə bununla bağlı kütləvi bayram tədbirləri keçirilir. Təntənəli nitqlərdən sonra orkestr Avropa İttifaqının rəsmi himni olan Bethovenin 9-cu simfoniyasından "Azadlığa Qəsidə" parçanı ifa etdi. Toplaşanlara Xorvatiyanın prezidenti İvo Josipoviç və Avropa Komissiyasının sədri Manuel Barroso müraciət etdilər.

Mərasimdə Almaniyanın kansleri Angela Merkel də iştirak etməliydi, lakin məşğul olduğunu bildirib, imtina etmişdi. Gecə saat 1-də sərhəd məntəqələrində Xorvatiya gerbi və bayraqları yanında Avropa İttifaqının simvolları yerləşdiriilib.
Gömrükçülər digər Aİ ölkələrinə sərhəddən keçirilən malları rüsumsuz buraxmağa başlayıb.Lakin hələlik Xorvatiya ölkədə avro pul vahidi tətbiq etmək niyyətində deyil və Şengen zonasına qatılmayacaq.
Xorvatiyanın Aİ-yə daxil olmaq üçün rəsmi müraciət təqdim etdiyi vaxtdan 10 il keçib. Hazırda ölkə iqtisadiyyatı ağır dövrünü yaşayır: hər beşinci sakini işsizdir, dövlətin borc iltizamına isə rəsmən "zibilli" reytinqi verilib. Belə olan halda xorvatlar əmin deyillər ki, özünün də maliyyə vəziyyəti yaxşı olmayan, Aİ-yə qoşulmaq ölkə iqtisadiyyatına bir çarə edəcək.
Eyni zamanda ölkə hökuməti qeyd edir ki, başqa Aİ üzvü olan ölkələrdən fərqli olaraq, Xorvatiya bank sistemi böhran içində deyil.
"Görün, Yunanıstanda, İspaniyada nə baş verir! Bizdəmi buna diyirlənirik?" - pensiyaçı Pavao Brankoviç heyrətlənir. "Sevinc üçün xülyalar olmalıdı, lakin xülyalar çoxdan keçib yox olub", - deyib o, Reuter agentliyinə müsahibəsində. Bəzi Avropa ölkələri Xorvatiyada korrupsiyanın və cinayətkarlığın yüksək səviyyəsindən narahatdırlar.
Aİ ümid edir ki, digər keçmiş Yuqoslaviya ölkələri də Xorvatiyanın və 9 il bundan əvvəl alyansa daxil olan Sloveniyanın nümunəsinə əməl etmək istəyər və bununla tarixən ən narahat bölgədə uzunmüddətli sülh təmin edərlər.
Murad İbrahimli