Roma Papası Fransisk Vatikanda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Baş keşiş və Zelenskinin söhbəti 35 dəqiqə çəkib. 

Təkbətək görüşdən sonra Roma Papası Ukrayna prezidentinə gül və üzərində "Sülh kövrək çiçəkdir" yazısı olan bürünc lövhə təqdim edib. Zelenski isə Papaya yağlı boya ilə çəkilmiş "Buça qırğını. Mariçkanın hekayəsi" adlı portret verib. 

Keşişlə görüşdən sonra Zelenski və onun nümayəndə heyəti danışıqlar aparmaq üçün Dövlət Departamentinə gedib.

Ağarza Elçinoğlu