Rusiyanın xarici işlər naziri Sergey Lavrov Laosun paytaxtı Vyanada keçirilən 19-cu Şərqi Asiya Sammitində iştirak edib.
"Unikal" xəbər verir ki, Lavrov sammitdən sonra mətbuat konfransı keçirib və cari məsələləri dəyərləndirib.
Qərb ölkələrinin Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasından (ASEAN) Rusiya və Çinə qarşı istifadə etməyə, iqtisadiyyat və təhlükəsizlik sahələrində sistemi pozmağa və sarsıtmağa çalışdıqlarını vurğulayan Lavrov:
"ABŞ və müttəfiqləri Asiya-Sakit Okean regionunu NATO-nun maraq dairəsinə çevirməyə çalışırlar. Burada ABŞ-nin nəzarəti altında çoxlu qapalı hərbi-siyasi birliklər yaradılır. Bütün bunlar birgə işin və parçalanmanın qarşısını alır. Bu bölgədə Qərb ölkələrinin tutduğu yanaşma nəticəsində bölgənin militarizasiya riski artırır".
Lavrov ASEAN-ın sülhün qorunması və bərabərhüquqlu əməkdaşlığın təmin edilməsi üzrə təşəbbüslərini dəstəklədiklərini bəyan edib.
Yaponiyanın remilitarizasiyasının narahatlıq doğurduğuna diqqət çəkən Lavrov, "Yaponiya rəhbərliyi müdafiə xərclərini artırmaq və 2-ci Dünya Müharibəsinin dərslərini unudaraq, önləyici zərbələri ehtiva edən doktrinasını yeniləmək siyasətini davam etdirir. Bu, müasir müharibənin parçalanmasına səbəb ola bilər", - deyib.
İsrailin İrana hücum təhdidlərini və İranın nüvə sazişindən çıxma ehtimalını dəyərləndirən Lavrov, "İranın dinc nüvə obyektlərinə hücum planı və ya təhdidləri gerçəkləşərsə, bu, çox ciddi təxribat olar", - deyə vurğulayıb.
Gülayə Mecid