Avropa ölkələri və ABŞ Yaxın Şərqdə gərginliyin azalmasına mane olur.
"Unikal" xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.
"İsrail heç bir beynəlxalq hüquqi və humanitar çərçivə tanımadığından regionda vəziyyət kritikləşib. Avropa ölkələri və ABŞ Yaxın Şərq regionunda dövlətlər arasında münasibətlərin sülh yolu ilə davam etməsini istəmir", - Pezeşkian bildirib.
Ağarza Elçinoğlu