Kursk vilayətinin Olqovka kəndi yaxınlığında 1,5 minə yaxın ukraynalı əsgər mühasirəyə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
Bildirilir ki, Rusiya ordusu 24 saat ərzində Lyubimovka, Şeptuxovka, Leonidov və Mixaylovkadan Ukrayna Silahlı Qüvvələrini darmadağın edib. Hazırda sadalanan yaşayış məntəqələrində təmizlik işləri aparılır.