Xudatda baş verən qəzada ölən və yaralıların kimliyi məlum olub.

“Unikal”ın Şimal bürosunun məlumatına görə, Xudat-Quba avtomobil yolunun 5-ci şöbə adlana ərazisindən keçən hissəsində baş verən avtoqəzada "VAZ-21011" markalı minik avtomobilinin sürücü 1998-cı il təvəllüdlü Məmmədov Orxan İslam oğlu və onun sərnişini 2001-ci il təvəllüdlü Tarverdiyev Nazir Ramin oğlu hadisə yerində ölüblər. 

Yaralılar isə Məmmədov Elməddin Etibar oğlu və İbrahimov Vilayət Vidadi oğlu ağır vəziyyətdə Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 

***

16:48

Gəndob-Yalama yolunun Xudat şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, qəza zamanı “Vaz-21011” markalı avtomobil “Vaz-21099” markalı nəqliyyat vasitəsilə toqquşub.

İlkin məlumata görə, 2 nəfər həyatını itirib. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

Xanlar Qaraca