"Ermənistan vətəndaşlarında ədalət hissi yoxdur, ona görə də istintaq orqanları işə sıfır nöqtədən başlamalıdır".
"Unikal" erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O əlavə edib ki, bu illər ərzində hökumət ölkədə ədalətin bərqərar olması üçün İstintaq Komitəsinin imkan və səlahiyyətlərinin genişləndirilməsi istiqamətində xeyli iş görüb.
"Təəssüf ki, indi biz Ermənistan vətəndaşlarının ədalət hissinə malik olduğunu deyə bilmərik, mən bu gündəliyi bir daha vurğulamaq istəyirəm. Hökumətin 2026-cı il parlament seçkilərinə qədər vətəndaşlara bu cür etimad aşılamaq və hamının, istər əvvəlki, istərsə də indiki hakimiyyətin nümayəndələrinin qanun qarşısında bərabər olduğunu göstərmək üçün çox az vaxtı var", - deyə Paşinyan qeyd edib.