Beşinci divizionda çıxış edən Fransanın "La Şatenyer" futbol klubunun futbolçusu Aleksis Leskayl matç zamanı meydanda dünyasını dəyişib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 5-də baş vermiş hadisə zamanı 34 yaşlı futbolçu matçda anevrizma yırtığı keçirib.
O, 72-ci dəqiqədə huşunu itirib. Aleksisə tibbi yardım göstərilib, daha sonra futbolçu La Roş-sur-Yon xəstəxanasına aparılıb. Oktyabrın 6-da o, Nantdakı xəstəxanada əməliyyat olunsa da, həkimlər Leskaylı xilas edə bilməyiblər.