Türkiyənin xarici işlər naziri Hakan Fidan Egey dənizi ilə bağlı mübahisəli məsələlərin müzakirəsi üçün Yunanıstana gedəcək.
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, H.Fidan rəsmi Ankaranın bu məsələ ilə bağlı mövqeyini rəsmi Afinanın diqqətinə çatdıracaq.