Serbiyalı raketka ustası Novak Cokoviç Şanxayda keçirilən “Masters 1000” turnirinin finalına vəsiqə qazanıb.
"Unikal" xəbər verir ki, Novak Cokoviç oktyabrın 13-də keçiriləcək finalda italiyalı Yannik Sinnerlə qarşılaşacaq.
37 yaşlı tennisçi karyerasında yubiley 100-cü və 41-ci “Masters” titulu üçün mübarizə aparacaq.
Sinner dünya reytinqində birinci, Cokoviç isə dördüncü pillədə qərarlaşıb. Şanxay “Masters” turnirinin mükafat fondu 8,9 milyon ABŞ dollarıdır.