Son 24 saat ərzində İsrail aviasiyası və artilleriyası Livanda "Hizbullah" təşkilatı ilə əlaqəli 200-ə yaxın obyektə hücum edib.
"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, hücuma məruz qalan hədəflər arasında Livan və Suriya sərhədində silahların saxlanıldığı yeraltı obyekt, eləcə də cənubda və Livanın dərinliklərində onlarla reaktiv yaylım atəşi sistemi və yer-yer raketləri olub.