Almaniyanın şimal-qərbindəki Ler şəhərində (Aşağı Saksoniya) "Dəhşətlər yolu" attraksionunda baş verən yanğın nəticəsində azı 11 nəfər xəsarət alıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya polisinin açıqlamasında deyilir.
Hadisə hər il Lerə yarım milyona yaxın qonağı cəlb edən Şərqi Frizya bölgəsindəki ən böyük xalq festivalında baş verib. Yanğın tez bir zamanda söndürülüb. Dəymiş ziyanın səbəbi və miqyası müəyyənləşdirilir.