"Hizbullah"ın İsrailin Hayfa şəhərinin cənubundakı hərbi bazaya pilotsuz təyyarənin hücumu nəticəsində öldürüldüyünü iddia etdiyi Baş Qərargah rəisi Herzi Helevi vurulan Qolani bazasına baş çəkib.

"Unikal" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat dərc edib. 

4 əsgərin öldüyü hücumu qiymətləndirən Helevi, "Bu, ağrılı nəticələri olan ciddi bir cəhddir. Döyüşməyə və məşq etməyə davam edəcəyik" deyib. 

Digər tərəfdən, İsrail ordusu "Əsgərlərimiz yemək yeyərkən onlara hücum etmək müharibə cinayətidir" deyə açıqlama yayıb. 

***10:27

"Hizbullah"ın İsrailin Hayfa şəhərinin cənubundakı hərbi bazaya pilotsuz təyyarə ilə təşkil etdiyi hücumda 4 əsgər həyatını itirib, 67 əsgər isə yaralanıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hava hücumundan müdafiə sistemlərinin PUA-nı təsbit edə bilmədiyi və hücum siqnallarının verilmədiyi bildirilib.  Bölgəyə çoxlu təcili yardım maşınları və helikopterlərin göndərilməsinin görüntüləri sosial mediada paylaşılıb.

İsrail mediası “Ən ağrılı gecə” yazarkən ərəb mediası İsrailin Baş Qərargah rəisi Herzi Halevinin "Hizbullah"ın hücumunda öldüyünü iddia edib. 

Hələlik İsrail tərəfi bu iddialara cavab verməyib. 

Gülayə Mecid